"EE Tikinti Servis" MMC tərəfindən Sarabski Plaza layihəsi çərçivəsində qaz təchizatı sisteminin tikinti-quraşdırma işləri uğurla həyata keçirilmişdir. Layihə kompleksin mühəndis-kommunikasiya infrastrukturunun ayrılmaz hissəsi olaraq layihələndirilmiş və kompleksin tərkibində yerləşən Hilton Garden Inn Baku da daxil olmaqla obyektlərin təhlükəsiz və dayanıqlı qaz təminatını təmin etmək məqsədilə icra edilmişdir.
İşlər çərçivəsində polietilen və polad qaz xətlərinin quraşdırılması, qaz avadanlıqlarının və armatur elementlərinin montajı, ölçü qovşaqlarının hazırlanması, qaz şəbəkəsinin sınaqdan keçirilməsi və istismara hazırlanması həyata keçirilmişdir. Bütün işlər qüvvədə olan texniki norma və təhlükəsizlik tələblərinə uyğun şəkildə icra edilmiş, yüksək keyfiyyətli materiallardan istifadə olunaraq sistemin uzunömürlü və etibarlı fəaliyyəti təmin edilmişdir.
"EE Tikinti Servis" MMC yaşayış, kommersiya, hotel və sənaye obyektlərinin qaz təchizatı sahəsində geniş təcrübəyə malikdir. Sarabski Plaza layihəsində həyata keçirilən qaz təchizatı işləri də şirkətin yüksək mühəndislik bacarığını, keyfiyyətə yanaşmasını və layihələrin vaxtında icra edilməsinə verdiyi önəmi əks etdirən uğurlu layihələrdən biridir.
Müştəri adı |
PMD Projects |
Müştəri şirkəti |
PMD Projects |
Layihə başladı |
|
Layihə bitdi |